Ramazan ayının təqvimi AÇIQLANDI – FOTO

2019-cu il Ramazan ayının təqvimi açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Beynelxalq.İnfo-ya verilən məlumata görə, təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub.

Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi).

Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Ramazan bayramı isə iyunun 5-6-na təsadüf edir.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir