Feysbuk artıq bu görünüşdə olacaq – Fotolar

Feysbuk administrasiyası daha çox kommunikasiya məxfiliyinə nail olmaq üçün saytın və mobil versiyasının dizaynını yeniləyəcək.

Beynelxalq.İnfo xəbər verir ki, bu barədə sözügedən sosial şəbəkənin qurucusu Mark Zukerberq Kaliforniyada “F8 Developers” konfrasında çıxışı zamanı deyib.

“Yumşaq desək, bizim indi məxfiliyin təminatı bağlı müsbət reputasiyamız yoxdur. Amma bunu düzəltməyə və məsullarımız üçün yeni bir səhifə açmağa borcluyam”, – deyə Zukerberq bildirib.

Belə ki, yenilikdə Feysbuk daha çox “Qruplar” və “Hadisələr” bölməsini ön plana çıxaracaq və ümumən sayt daha sadə versiyaya keçəcək.

Əsas məqamlardan biri də Feysbuk butonunun rəngi ilə bağlıdır.

Artıq bundan sonra Feysbuk tünd göy rəngdə deyil, nisbətən açıq çalarda olacaq.

Qeyd edilir ki, smartfonlar yenilənmiş versiyaya yaxın günlərdə keçəcək. Sayt isə bir qədər sonra yenilənəcək./axar.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir