“II Qarabağ”a hazırlıq başladı: Ermənilər pul toplayır

ABŞ erməniləri Gürcüstandakı ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsinin inkişaf etdirilməsi üçün maliyyə toplamağa başlayıb.

Beynelxalq.İnfo xəbər verir ki, bunun üçün 2 iyuna telemarafon təyin edilib. Məlumata görə, ermənilər bu telemarafonu bundan sonrakı dönəmdə davamlı şəkildə reallaşdırmaq istəyirlər.

Telemarafonun təşkilatçılarından biri olan Qaregin Nalbəndyan bu telemarafonu Ahalsıxda ermənilərin mövcudluğunun qorunub saxlanılması və onların bölgəni tərk etməməsi üçün təşkil etdiklərini bildirib. O, yığılan vəsaitin bir hissəsinə idman-mədəniyyət mərkəzi açılacağını və vəsait çox olacağı halda pulun ermənilərin yaşadığı digər rayonlara da yönləndiriləcəyini deyib:

“Cavaxetiyanın əhəmiyyətini anlayırıq. Biz çoxdan maliyyə toplamaq istəyirdik, amma bunu başlatmaq üçün insan resursu lazım idi. Los-Ancelesdəki erməni təşkilatları olaraq birləşərək, Birləşmiş Diasporlar Platforması yaratdıq. Təşkilatın əsas məqsədi Gürcüstandakı erməni diasporunun gücləndirilməsidir”.

Qeyd edək ki, ermənilər hazırda qondarma Qarabağ rejiminin saxlanılması üçün telemarafonlar təşkil edirlər./axar.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir