Müğənnilərə həbs cəzası istənildi

“Speys” televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Beynelxalq.İnfo xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Rəşad İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub.

Bildirilib ki, Rəşad İlyasovla Rüfət Axundov bu günükü məhkəmə prosesinə də gəlməyib.

Daha sonra xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edib. O qeyd edib ki, Speys TV-də yayımlanan “Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirilib. O, hər iki şəxsin xüsusi ittiham qaydasında 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xüsusi ittihamçı Rahim Sadıqlı da vəkili ilə razı olduğunu deyib.

Müğənnilərin vəkilləri isə məhkəmədən xahiş edərək xüsusi ittihamçının şikayətinin təmin edilməməsini istəyib.

Növbəti proses mayın 2-də davam edəcək.

Qeyd edək ki, aprelin 5-də Speys TV-də yayımlanan “Hər səhər” verilişində müğənni Rüfət Axundovla Rəşad İlyasov qonaq olub.

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, kanalın 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib.

Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək, Rüfət Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Daha sonra vətəndaş Rahim Sadıqlı Yasamal rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edib./axar.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir