Sənə məndən danışsalar… – ŞEİR

Sənə məndən danışsalar dinləmə.
Deki yoxdu, ölüb artıq mənimçün.
Sənə məndən danışsalar, dinləmə.
Darıxarsan, yaxşı olmaz səninçün.

***

Sənə məndən danışsalar dinləmə.
Özünü qaldırıb qoy dağ başına.
İstəsən bir azda mənə pisdi de.
Onsuzda çıxmaram bir də qarşına.

***

Sənə məndən danışsalar dinləmə.
Qorx ki, ölər üzündəki təbəssüm.
Ehtiyat et, məndən xeyir gəlməyib.
Səni yıxar gözümdəki təbəssüm.

***

Sənə məndən danışsalar, dinləmə.
Mən çox pisəm qulağına günahdı.
Adıma da nifrət elə, düşün ki,
Adım sanki bir ad deyil min ahdı.

***

Sənə məndən danışsalar, dinləmə
Birdən alovlanar əvvəlki sevgin.
Mən də dinləmirəm səndən deyəni.
Vecimə deyilsən, yox sənə sevgim.

***

Sənə məndən danışsalar, dinləmə.
Deki yoxdu ölüb artıq mənimçün.
Sənə məndən danışsalar dinləmə.
Darıxarsan, yaxşı olmaz səninçün.

Qızbəsti Sultan (2.05.2019)

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir