İrəvan o meyiti gətirib, dünyaya meydan oxuyur – Deputat

ASALA təşkilatının “mənəvi atası” sayılan Qurgen Yanikyanın nəşinin İrəvana gətirilməsi və təmtəraqlı dəfn mərasiminin hazırlanması bir daha sübut edir ki, Ermənistanda terrorizm ideologiyası dövlət siyasəti səviyyəsindədir.

Beynelxalq.İnfo xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O, Ermənistanın məşhur terrorçu Qurgen Yanikyanın təmtəraqlı dəfninə hazırlaşması, əslində, təəccüblü deyil:

“Hələ unutmaq olmaz ki, uzun müddət erməni parlamentində Daşnaksütyun Partiyası təmsil olunub. Bu terrorçu təşkilat dövlətin idarə edilməsi və qanunvericilik prosesində iştirak edib. Sadəcə, ötənilki seçkilərdə parlamentə düşə bilmədilər. ASALA dünyada terrorçu təşkilatı kimi məşhurdur və xüsusilə ABŞ-ın Santa-Barbara şəhərində türk diplomatların qətlə yetirilməsi prosesində populyarlıq qazanıb. O, erməni siyasi və terrorçu dairələrində xeyli nüfuz qazanıb. Beynəlxalq aləmdə terrorizmə qarşı mübarizənin genişləndiyi, yeni mübarizə metodlarına əl atıldığı bir vaxtda Ermənistan rəhbərliyi məşhur terrorçunun nəşini İrəvana gətirir və təmtəraqlı şəkildə onun dəfnini təşkil etmək istəyir. Bu, terrorizmin təbliği və təşviqidir.

Ümid edirəm ki, bu məsələdə Türkiyənin də qətiyyətli mövqeyinin şahidi olacağıq. Eyni zamanda ABŞ başda olmaqla, terrorizmə qarşı beynəxalq koalisiyaya üzv dövlətlər də buna qiymət verməlidir. Faşizmlə birbaşa əlaqədə olan insanlara Ermənistanda heykəllər qoyuması, terrorçunun nəşinin təmtəraqlı basdırılması beynəlxalq hüquqa meydan oxumaq deməkdir. Bu, terrorizmin Ermənistanda yüksək səviyyədə müdafiə olunduğunun təsdiqidir. Bu baş verirsə və dünya susursa, terrorçular “yaşasın terrorizm” deyərək öz fəaliyyətlərini genişləndirəcəklər”.

Qeyd edək ki, Türkiyənin ABŞ-ın Santa-Barbara şəhərindəki konsulluğuna daxil olaraq konsulu və onun köməkçisini qətlə yetirən ASALA təşkilatının “mənəvi atası” sayılan Qurgen Yanikyanın nəşi ABŞ-dan İrəvana gətirilərək, mayın 5-də təmtəraqlı dəfn ediləcək.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir