Paşinyan pərt olduğu insident haqda danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin hökümətlərarası şurasının iclasında baş verən insidentlə bağlı danışıb.

Bu barədə “News.am” məlumat yayıb.

“Elə bu dəqiqə “Facebook”a daxil oldum, gözlərimə inana bilmədim, korrupsiyaya qurşanmış sistemin qalıqları sosial şəbələrdə belə asanlıqla səs-küy yarada bilib… Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında, təkcə RF baş naziri Dmitri Medvedev yox, biz hamımız otağa keçib qəhvə içmək istəyirdik.

İclas planlaşdırıldığından iki saat yarım çox çəkdi. Onunla bir gün əvvəl söhbət aparmışdım, bu isə görüşün qeyri-rəsmi hissəsinin gəlişini səbirsizliklə gözləməyimə bir əsas verirdi.

Anlamıram, məgər bütün bunları izah etməliyəm?”, – deyə Paşinyan səhifəsində yazıb.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan videoda, erməni baş nazirin sənədlərin imzalanma mərasimində gülünc vəziyyətə düşdüyünü görmək olur. Paşinyanın pərt olması Rusiyadan olan nümayəndə heyəti, o cümlədən, baş nazir Dmitri Medvedevin gülüşünə səbəb olmuşdu.

 

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir