Misir Mərdanov Əli İnsanov haqqında danışdı – VİDEO

Sabiq təhsil naziri Misir Mərdanov keçmiş səhiyyə naziri Əli İnsaovla bağlı video çıxış yayıb. M.Mərdanov Ə.İnsanovun “Amerikanın səsi” radiosuna son müsahibəsində söylədiyi fikirlərə olduqca sərt formada münasibət bildirib.

 Beynelxalq.İnfo xəbər verir ki, M.Mərdanov eks-səhiyyə nazirini müxalifət düşərgəsinə qoşulmaqdan çəkinməyə çağırıb:

“Əli İnsanov, vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla indi necə bir yerdə məsləhətləşib, iş aparacaqsan? Onda camaatın nifrətinin qarşısında dayana biləcəksənmi, Əli İnsanov? Hələ ki, gec deyil, bu yaramaz əməllərdən çəkinmək lazımdır. 73 yaşında olan bir insan nəvələri, nəticələri ilə məşğul olsun. Sən təzədən aktiv siyasətə qoşula bilməzsən. Qoşulsan da, heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm. Sən normal adam olsaydın, cənab prezidentin humanistliyi nəticəsində həbsdən çıxandan sonra vaxtilə sənə çörək vermiş, səni nazir etmiş Heydər Əliyevin məzarını ziyarət edərdin. Onun məzarı qarşısında diz çöküb üzr istəyərdin, deyərdin məni bağışla. Onda camaat səni başa düşərdi”.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir