Mübariz Qurbanlı: Azərbaycanda birgə nikahdan olan ermənilər yaşayır

Azərbaycanda birgə nikahdan olan ermənilərin yaşaması multikulturalizmin ən bariz nümunəsidir.

 Beynelxalq.İnfo xəbər verir ki, bu fikirləri Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda keçirilən paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib.

O bildirib ki, Azərbaycan multikultural dəyərlərin daha geniş şəkildə qorunmasını təbliğ və təşviq edir.

“Multikultural dəyərlər yeni ideyalar deyil. Xüsusilə son dövrlər bəzi siyasətçilər multikultural dəyərlərin müasir dövr üçün əlverişli olmadığı fikrini təlqin edirdilər. Lakin multikultural dəyərlərin gün keçdikcə əhəmiyyəti artır”, – komitə sədri deyib.

M.Qurbanlı əlavə edib ki, bu gün ölkədə 2500-dən çox məscid, 33 qeyri-müsəlman dini icması var./oxu.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir