Sankt-Peterburqda yol polisi azərbaycanlı milyarderi saxladı, peşman oldu (VİDEO)

Sankt-Peterburqda yol polisi əməkdaşları azərbaycanlı milyarder Vaqif Məmişovun limuzinini saxladıqlarına peşman olub. Bu haqda “Fontanka” yazır.
“Polis əməkdaşları “Giriş qadağandır” nişanının tələbini pozan “Rolls-Royce” avtomobilini saxlasalar da, sonradan peşman olublar. Yol polisi müfəttişlərinin daxili mübarizəsinə “Fontanka”nın Sergey adlı oxucusu şahid olub”, – deyə məqalədə deyilir.
Yazılanlara görə, limuzin “Land Cruiser”in müşayiəti ilə “Giriş qadağandır” nişanının qüvvədə olduğu İsaakiyev kilsəsi ilə Four Seasons oteli arasında yerləşən ərazidən keçib. Korteci dərhal üç polis avtomobili mühasirəyə alıb.
“Sürücüdən sənədləri alınıb”, – deyə Sergey bildirib. Sərnişin mühafizəçilərin müşayiəti altında otelə gedib. 10 dəqiqədən sonra sənədlər sürücüyə qaytarılıb, avtomobil ərazidən uzaqlaşıb. Yol polisi müfəttişlərinə mühafizəçilərdən biri yaxınlaşaraq “Sizdə hər şey yaxşıdır?” – deyə müraciət edib, onlar başlarını tərpədərək, lal-dinməz təsdiq ediblər”, – məqalədə qeyd olunur.
Məlumata görə, A001AA178 nömrə nişanlı tünd göy “Rolls-Royce” 30 yaşlı İsmayılova Arzu Vaqif qızının adına qeydiyyatdadır. Məhkəmə icraçılarının icraat prosesləri haqqında məlumat bazasına görə, onun adı yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar azı 5 dəfə hallanır.
Həmin Rolls-Royce bundan əvvəl Sankt-Peterburqun Gənclər siyasəti üzrə komitəsinin sədr müavini Nizami Məmişovun adına olub. 31 yaşlı Nizami Məmişov Azərbaycan diasporu rəhbərinin yaxın qohumudur.
“Vaqif Məmişov ötən il gənc məmurun müsbət xarakteristikasını vermişdi: Onun təvazökar, tərbiyyəli və təminatlı bir olduğunu söyləmişdi. Nizami Məmişovun kabineti Bolşoy Morskoy küçəsində, İsaakiyev kilsəsinin bir neçə addımlığında yerləşir”, – məqalədə yazılıb. (oxu.az)


https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir