Əsirlikdə olmuş Dürdanə erməni vəhşiliyindən yazdı

Amerikada çıxan “Jewish Journal” nəşrində erməni əsirliyində olmuş azərbaycanlı qadın, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü Dürdanə Ağayevanın məqaləsi dərc olunub.

ONA-nın xəbərinə görə, məqalədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bitişik rayonları işğal etməsi və BMT TŞ-nın qətnamələrinə məhəl qoymadan işğal siyasətini davam etdirməsindən, erməni qəsbkarların dinc azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və mədəni abidələrimizə qarşı törətdiyi vandalizmdən bəhs edir.

“1990-cı ildən başlayan işğal siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və bitişik rayonları Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib və BMT TŞ-nin qanunsuz hərbi işğalı pisləyən qətnamələrinə baxmayaraq qoşunlarını geri çəkməyib. Mən və ailəm də daxil olmaqla 800 mindən çox insan öz yurd-yuvalarından didərgin düşüb. Ermənilərin el-obamızı işğal edərək törətdiyi qırğınlardan qaçıb canımızı qurtarmaq istəyərkən mən və qardaşım əsir düşdük. Çarəsiz halda erməni işgəncə düşərgələrində qəddarlıq və təhqirə məruz qaldıq”, – deyə məqalədə qeyd edilib.

Məqalədə həmçinin erməni işğalında olan torpaqlarımızın mədəni irsinin məhv edilməsi məsələsinə də toxunulub: “Qarabağ Azərbaycanın poeziya, musiqi və mədəniyyət beşiyi hesab olunur. Ermənilərin işğal olunmuş ərazilərimizdə törətdiyi vandalizm nəticəsində 1891 ədəd maddi və mədəni sərvətimiz, o cümlədən 738 tarixi abidə, 83500 eksponatı olan 28 muzey, 4 şəkil qalereyası, 14 abidə kompleksi məhv edilib.”

Məqalədə dünya ictimaiyyətinin davam etməkdə olan erməni vəhşiliklərinə göz yummamalı olduğu qeyd olunub: “Mədəniyyət dünyaya məxsusdur, itirilən bütün mədəniyyət hamımızın itkisidir”.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir