ASALA-nın “mənəvi atası” Qurqen Yanikyan “Tayqulaq Andranik”in gor qonşusu olacaq – gəlişmə

Ermənilər türk düşmənlərinin qəbrini Amerikadan İrəvana köçürür

Ötən il aprelin 23-də Kanadanın Toronto şəhərində sürücü furqonu piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə səbəb oldu. 16 nəfər isə yaralandı. Cinayəti törədən 25 yaşlı Alek Minassyanın Kanada və Ermənistan vətəndaşı olması üzə çıxdı.

ABŞ-dan fərqli olaraq Kanadada kütləvi qətllərlə müşahidə olunan bu kimi hadisələr nadir hallarda baş verir. Bu olay Kanadanı yasa qərq etdi…

Hadisənin 24 aprel ərəfəsində baş verməsi təsadüfi deyildi. Bu qədər günahsız insan niyə öldürüldü və bu qədər insan niyə şikəst edildi? Çünki ermənilərin bir əsri aşan total təbliğatı erməni gəncliyini türklərə qarşı nifrət hissi ilə silahlandırıb və bu nifrət bəzən belə eybəcər formada, bütün insanlığa qarşı ortaya çıxır…

Ermənilər arasında terrora xüsusi marağın olması təzə söhbət deyil. İndi isə bu mövzu Ermənistanda yenidən gündəmə gəlib. “Növbəti terrorçunun cəsədi İrəvana gətirildi. Söhbət erməni saytlarının təbirincə desək, terrorçu ASALA təşkilatının “mənəvi atası” sayılan Qurqen Yanikyandan gedir”.

Politoloq Elxan Şahinoğlu Ermənistan mediasına istinadən yazdığı xəbərdə bildirirdi ki, mayın 5-də terrorçunun nəşinin basdırılması mərasimi keçiriləcək…

“The Armenian Secret Army for the Liberation of Armenia” (ASALA) dilimizə “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” kimi tərcümə olunur. 1975-1991-ci illər arasında fəaliyyət göstərib. Onlarla terror aktı həyata keçirib. 46 nəfərin ölümünə, 299 nəfərin yaralanmasına səbəb olub.Ä°lgili resim

Nədən ermənilər Qurqen Yanikyanı ASALA-nın “mənəvi atası” adlandırır? İş orasındadır ki, o, 1973-cü ildə Türkiyənin Los-Ancelsdəki konsullu 49 yaşlı Mehmet Bayduru və onun müavini 31 yaşlı Bahadur Dəmiri qətlə yetirib. Qətl Santa-Barbara yaxınlığındakı “Baltimor” hotelində olub. 77 yaşlı qisasçı gələcək qurbanlarını aldadıb. Konsulluğa rəsmi müraciətində özünü iranlı Hurqu xan kimi təqdim edərək bildirib ki, onda osmanlı sultanı Əbdülhəmidin yataq otağını əks etdirən əski rəsm əsərinin sürəti var. Həmin əsərin üzərinə bir çox tanınmış şəxslər imza atıb. O, həmin əsərin müqabilində Türkiyə ordeni almaq arzusunda olduğunu bildirib. Türk rəsmilər hotelə daxil olduqdan sonra o, tapançanı çıxararaq onları güllələyib. Qətlin uğurlu olmasına əmin olmaq üçün o, hər iki türkün başına “kontrol xarakterli” daha bir güllə sıxıb…

ASALA abd ile ilgili görsel sonucu

Konsulluq işçilərinin Qurqen Yanikyana inanmasının əsas səbəbi o idi ki, terrorçu fars dilində mükəmməl danışırdı. Bunun da səbəbi vardı: terrorist Ərzurumda doğulub, Moskvada təhsil alıb, İranda üzün müddət mühəndis kimi çalışıb, sonda ABŞ vətəndaşı olub…

Gurgen Yanikyan mehmet baydur ile ilgili görsel sonucu

Qurqen Yanikyan

Qurqen Yanikyan məhkəmə prosesini erməni soyqırımı iddiasının təbliği üçün istifadə etməyə çalışdı. Ancaq hakim buna imkan vermədi. Ömürlük həbs cəzası alan terrorçu 11 il sonra-1984-cü ildə ağır xəstə olması arqumenti ilə azadlığa buraxıldı. Bu isə Türkiyə tərəfindən şiddətli etirazla qarşılandı. Heç 3 ay keçmədi ki, o, vəfat etdi…

Göründüyü kimi, onun törətdiyi terror aktı ASALA üçün təqlid ediləsi nümunə kimi dəyərləndirildi. Heç də təsadüfi deyil ki, ASALA öncə “Məhbus Qurqen Yanikyanın qrupu” adlanırdı…

O da maraqlıdır ki, ASALA ABŞ-ın Avropadaki hərbi bazalarına qarşı da terror aktları keçirməkdən çəkinməyib. Eyni zamanda, Fransa və İsveçrə də ASALA yaraqlılarının hücumuna məruz qalıb. Ona görə də ASALA bir müddət ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınıb, ancaq sonra “sehrli bir əl” bu təşkilatı qara siyahıdan çıxarıb.

ASALA-nın sıradan çıxmasının səbəbini təşkilatın yaradıcısı sayılan Akop Akopyanın bir açıqlaması aydın şəkildə ifadə edir: “Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”. Təbii ki, Qərb NATO-nu hədəf alan təşkilatı bitirməliydi. Amma bu işdə prezident Kənan Evrenin göstərişi ilə Türkiyənin Milli İstihbarat Teşkilatı da (MİT) xüsusi fəallıq göstərib. Düşünün ki, kriminal avtoritet kimi tanınan Abdullah Çatlı da terrorçuların aradan götürlməsində önəmli rol oynayıb…

ASALA-ya erməni xalqının münasibəti necə olub? Akop Akopyanın yuxarıda verdiyimiz açıqlaması göstərir ki, heç də bütün ermənilər onlarla həmrəy deyildi və ASALA onlara mənfi münasibət sərgiləyən erməniləri öz düşmənləri sırasında görürdü…

1982-ci il avqustun 7-də Ankaradakı Əsənboğa Beynəlxalq Hava Limanında ASALA tərəfindən həyata keçirilən terror aktına iki erməninin münasibətinə diqqət edək. Onlardan biri- Silva Kaputikyan erməni millətçilərinin Qarabağın Azərbaycandan qoparılması üçün başladığı “Qarabağ hərəkatının” açar fiqurlarından biridir. O, 1988-ci ildə Zori Balayanla birlikdə Moskvada Mixail Qorbaçovla görüşür və SSRİ-nin ilk və sonuncu prezidentini Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etməyə çağırır.

Düşünün ki, Mixail Qorbaçov özü etiraf edirdi ki, onun xanımı Raisa Qorbaçova Silva Kaputikyanın alovlu pərəstişkarlarından biridir. 60 kitabın müəllifi olun bu xanım 1983-cü ildə ASALA terrorçusu Levon Ekmekçyana həsr olunmuş şeir yazır. Terroçunu vəsf edir. Bəs Levon Ekmekçyan nə qəhrəmalıq etmişdi? O, Zohrab Sarkissyanla birlikdə Hava limanında insanları atəşə tutmuşdu. Nəticədə 9 nəfər ölmüş, 71 nəfər isə yaralanmışdı. Və belə bir cinayət törətmiş birisi erməni şairəsini vəcdə gətirmişdi…

qorbaçov Silva Kaputikyan ile ilgili görsel sonucu

Türk polisi ilə atışan terrorçulardan biri-Zohrab Sarkissyan öldürülmüş, Levon Ekmekçyan isə yaralı olaraq ələ keçmişdi. O, 1983-cü ildə məhkəmənin hökmü ilə asıldı…

Levon Ekmekçiyan idam ile ilgili görsel sonucu

Türkiyə vətəndaşı Artin Penik (1921-1982) isə sıradan biri idi. O, Əsənboğada baş verən terrora etiraz olaraq İstanbulun Taksim meydanında özünə od vurdu. 61 yaşlı dərzi özünə qəsd etməmişdən öncə qələmə aldığı məktubda yazırdı: “Daha günahsız insanların öldürülməsindən doğan acıya dözə bilmirəm”.

Türkiyədəki erməni patriarxı Şnork Kaloustyan dəhşətli ağrılardan əziyyət çəkən ermənini ziyarət etdi və dedi ki, Artin Penik bir simvoldur, o, sübut etdi ki, ermənilər heç də bu qəddar qətliamı törədənlərin yanında deyil.

Ölümündən iki gün öncə Arten Penik xəstəxanada televiziyaya müsahibə verdi. Bütün dünya ölkələrinin hökumətlərinə müraciətində dedi ki, hamı terrora qarşı mübarizədə bir olmalıdır. Bu gün terrora xoş baxanlar sabah terroru öz ölkələrində görəcək. O, türk xalqına terrordan dolayı bir daha başsağlığı verdi.

Arten Penik onu da dedi ki, öncə özünü yandırmaq üçün İstanbuldakı Fransa konsulluğunun qarşısını seçib. Ancaq son anda fikrindən daşınıb.

Qərar verib ki, Taksimdə-çox sevdiyi Atatürkün abidəsinin qarşısında özünə qəsd etsin.

Ä°lgili resim

Arten Penik 5 gün sonra dünyasını dəyişdi. Türkiyənin xristian və müsəlman icmasının nümayəndələri, yerli ermənilər və türklər onun dəfn mərasimində Qumqapı meydanında çiyin-çiyinə addımladı. Türkiyə hökumətinin nümayəndələri də dəfn prosesində öndə gedirdi…

Bəs ASALA-nın “mənəvi atası” harada basdırılacaq? İrəvan yaxınlığındakı Yerblur panteonda erməni “qəhrəman”ları dəfn edilib. Onların sırasında bizim də kifayət qədər yaxşı tanıdığımız şəxslər var. Məsələn, Monte Melikonyan. Yeri gəlmişkən, o da ASALA-nın üzvü olub. 1993-cü ildə Qarabağda Azərbaycan hərbçiləri tərəfindən məhv edilib. Bütövlükdə bu panteonda 741 nəfər- o cümlədən Qarabağ savaşında öldürülmüş hərbçilər torpağa tapşırılıb. Ancaq onların arasında bir nəfər var ki, Azərbaycanda demək olar ki, hər kəs tərəfindən tanınır. Bəli, söhbət Andranik Ozanyandan gedir. Hələ orasını da bilməyimiz gərəkir ki, o, təkcə Ermənistanın yox, həm də Bolqarıstanın milli qəhrəmanıdır. 1880-ci ildə Osmanlı dövlətinə xəyanət etdiyinə görə qulağı kəsilən və xalq arasında “tayqulaq Andranik” kimi tanınan bu zat 1918-ci ildə Qarabağ və Zəngəzurda soydaşlarımıza qarşı qırğınlar törədilməsinə başçılıq edib.

tayqulaq Andranik ile ilgili görsel sonucu

Tayqulaq Andranik

Ömrünün son illərini ABŞ-ın Kaliforniya ştatının Frensno şəhərində keçirib. 1927-ci ildə vəfat edib. Ancaq 2000-ci ildə ermənilər onun məzarını Amerikadan İrəvana-Yerblur panteonuna köçürüb. İndi isə eyni aqibəti – gorbagor olmağı ASALA-nın “mənəvi atası”-Qurqen Yanikyan da yaşayacaq…

P.S. 2015-ci ildə-ASALA-nın adından hədə-qorxu dolu bir bəyanat yayıldı. Bildirildi ki, Türkiyə erməni soyqırımının 100 illiyini bayram tədbiri ilə qeyd etmək istəyir. Əgər belə bir şey olsa, ASALA öz fəaliyyətin yenidən bərpa edəcək. Ancaq bu bəyanat o qədər də ciddi qarşılanmadı…

Elbəyi HƏSƏNLİ, SÜRİX/Müsavat.com

 

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir