Berlində məscidə güllə və məktub göndərildi

Almaniyanın paytaxtı Berlində Qazi Osmanpaşa məscidinə təhqir məzmununda məktub və bir güllə göndərilib.

Beynelxalq.İnfo xəbər verir ki, sözügedən məscidin rəhbəri Əli Şenel jurnalistlərə açıqlamasında son 3 həftədir ki, bu cür təhdidlə qarşılaşdıqlarını bildirib.

Şenel son olaraq güllənin də göndərilməsindən sonra ciddi narahatlıq yaşandığını və bununla bağlı polisə müraciət olunduğunu deyib.

Qeyd edək ki, hər Ramazan ayı öncəsi Qərb ölkələrindəki müsəlmanların ibadətxanalarına hücum və təhdidlərın sayı artır./axar.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir