Maduroya arxadan şok zərbə – Xəyanət…

Veneseula Prezidenti Nikolas Maduronun həbsi üçün ordu ilə ABŞ arasında gizli müqavilə imzalandığı barədə məlumat yayılıb.

Beynelxalq.İnfo xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti ABŞ Milli Təhlükəsizlik Şurasının səlahiyyətli nümayəndələrindən birinin sözlərinə əsasən yazıb.

Venesuela Müdafiə naziri Vladimir Padrino Lopezlə ABŞ hökuməti arasında müqavilə ilə bağlı telefon danışıqlarının bir neçə aydır davam etdiyi iddia olunub. Lopez və digər nazirlərin, generallarla birgə, Quaido tərəfindən hazırlanan müqaviləni qəbul etdiyi bildirilib./axar.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir