MTN-in sabiq idarə rəisi azadlığa buraxıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, mayor Akif Əliyev azadlığa buraxılıb.

Beynelxalq.İnfo xəbər verir ki, ötən ay Ali Məhkəmənin qərarı ilə A.Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

Bu gün isə onun cəzası başa çatıb və 3 saylı İstintaq Təcridxanasından azadlığa çıxıb.

Qeyd edək ki, A.Əliyev 2015-ci ildə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanovla birgə həbs edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib./axar.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir