Türkiyə S-400-ü istifadə edəcək, yoxsa?.. – Karasikdən şok sual

Hazırda ABŞ, Türkiyə və Rusiya arasında şahidi olduğumuz hadisələr üçtərəfli münasibətlərin ən yaxşı yolla inkişaf etdirilməsi üçün atılan geosiyasi və ritorik əlaqələrin məcmusudur.

Bu sözləri ABŞ Qulf Analitik Mərkəzinin eksperti doktor Teodor Karasik Türkiyə, ABŞ və Rusiya arasında yaşanan S-400 böhranı haqda Axar.az-a danışarkən deyib.

Politoloqun sözlərinə görə, üç ölkənin sözügedən böhranla bağlı müxtəlif mövqeyi məsələnin həllini mürəkkəbləşdirir:

“Təəssüf ki, tərəfləri ayıran əlamətlər onları birləşdirən əlamətlərdən daha çoxdur. S-400 razılaşmasının nəticələrindən asılı olmayaraq, fakt budur ki, rəsmi Ankara hələ də Şərqlə hesablaşır.

Görünən budur ki, S-400 hələ ki, bazarda satılmamış kimi göstərilir, lakin biz Türkiyənin artıq sistemləri aldığını bilirik”.

Doktor Karasikin sözlərinə görə, yaxın gələcəkdə S-400-lərin rəsmi Ankaraya təhvil verilməsinin şahidi olacağıq.

“Əsas sual bu deyil. Əsas sual odur ki, raket sistemi Türkiyəyə təhvil verildikdən sonra “qablaşdırmadan” çıxarılacaq, yoxsa yox. S-400-lərin müstəqil silah, yoxsa “diplomatiya abidəsi” kimi istifadə olunacağı sual altındadır”,– deyə ekspert bildirib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir