Azərbaycanlı fəallar ETTELAAT-a çağırıldı

Bir müddət əvvəl İranın Marağa şəhərində ermənilərə etiraz əlaməti olaraq Ermənistan və paniranistlərin bayrağını yandıran fəallardan bir neçəsi ETTELAAT-a çağırılıb.

Beynelxalq.İnfo xəbər verir ki, marağalı fəallardan Davud Əzimzadə, Həmid Yeganəpur, Əli Yəzdani və Muxtar İbrahimi bölmədə dindirildikdən və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

İran təhlükəsizlik qüvvələri fəallara xəbərdarlıq edib ki, bir də Qarabağ haqqında çağırış və bu tip fəallıq etsələr, həbs olunacaqlar.

Qeyd edək ki, bir müddət əvvəl erməni və paniranistlərin bayrağını yandıran fəallar Ermənistanın türk torpaqlarında yaranmış bir dövlət olduğunu, buna görə də qondarma bayrağı qəbul etmədiklərini bildiriblər.

 

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir