Əli İnsanov ermənilərin dili ilə danışır – Millət vəkili

Əli İnsanov ermənidən çox erməni olmaq istəyir.

Beynelxalq.İnfo xəbər verirvki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov keçmiş səhiyyə naziri Əli İnsanovun son müsahibəsinə münasibət bildirərkən deyib. O bildirib ki, Əli İnsanov son vaxtlar etdiyi çıxışlarla antimilli qüvvələrin əlində alət olduğunu göstərir:

“Onun son günlər səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycanda inkişafı, sabitlik və təhlükəsizlik mühitini görmək istəmir. O, ahıl yaşında müəyyən antimilli dairələrin əlində alət olmağa razılıq verib. Əks halda, Azərbaycanın milli maraqlarına zidd olan belə fikirlər səsləndirməzdi. O, ahıl vaxtında nəvələrini başına toplayıb, ziddiyyətli həyatından və etdiyi pisliklərdən danışmalıdır. Nəvələrinə həyatda düzgün yol seçməsi və vətənpərvər olmaları üçün nəsihət verməlidir”.

E.Nəsirov deyib ki, Əli İnsanovun söylədikləri yaşlanmasına baxmayaraq, hələ də müdrik olmadığını təsdiqləyən fikirlərdir:

“Son müsahibəsində o, Azərbaycanda hakimiyyətin devrilməsi, sabitlik və təhlükəsizliyin pozulmasıyla bağlı “ideyalar”dan bəhs edir. Bu, artıq xəyanətdir və bağışlanmazdır. O, bu sözləri ilə əsl simasını ortaya qoyur. Xalqımız Əli İnsanovu yaxşı tanıyır. Onun vəzifədə olarkən Qərb, ABŞ və Avropa İttifaqı əleyhinə söylədiyi fikirlər yaddan çıxmayıb. Həmçinin jurnalistlərə həqarət etməsi unudulmayıb. İndi həmin Əli İnsanov düşmən kimi təqdim etdiyi beynəlxalq siyasi dairələrin əlində alətə çevirilib, onları “müdafiə edir”.

Politoloq deyib ki, Əli İnsanovun “ermənilərin Azərbaycana sərbəst gəlib-getməsi üçün ölkədə şərait yaradılmalıdır” sözləri erməni məntiqidir:

“Torpaqlarımız işğal altında, bir milyondan artıq qaçqın və məcburi köçkün olduğu halda ermənilərin Azərbaycana sərbəst şəkildə gəlib-getməsi mümkünsüzdür. Bu fikri vaxtilə ermənilər səsləndirirdi, indi Əli İnsanov deyir. Köçəryanın və Sərkisyanın “fəlsəfəsi”ni dilə gətirir. Bütün bunlar insanlarımızda ikrah hissi doğurur. Hesab edirəm ki, Əli İnsanov ilk növbədə ictimai qınaqdan qorxmalıdır. Xalq belə yanaşmaları, dönüklüyü və xəyanəti bağışlamır”.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir