Millət vəkili: Qarabağ münaqişəsini müharibəsiz də həll edə bilərik

Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın qaytarılması hər bir Azərbaycan vətəndaşı üçün çox önəmlidir. Lakin onu da unutmayaq ki, biz müharibənin ağır fəsadlarını yaşamışıq. Yaxın keçmişdə yaşadığımız acılar hələ də unudulmayıb. Azərbaycan güclü dövlətdir və biz bu məsələni müharibəsiz də həll edə bilərik.

 Beynelxalq.İnfo xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

“Cənab Prezidentin də qeyd etdiyi kimi, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Biz öz sivil mövqeyimizi ortaya qoymuşuq və  mövqeyimiz dəyişməz olaraq qalır”, – deyən millət vəkili hesab edir ki, bu kontekstdə jurnalist səfərlərinin təşkili münaqişə ilə əlaqədar həqiqətin öyrənilməsi, Azərbaycan reallıqlarının təbliği, ölkəmizin son dövrlər regionda və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərin Ermənistan ictimaiyyətinə olduğu kimi çatdırılması baxımından vacib şərait yarada bilər.

“Əgər yadınızdadırsa, bir dönəm də ziyalıların səfərləri təşkil olunurdu. Bu cür addımlar ab-havanı öyrənməyə, baş verənləri anlamağa yardım edir. Eyni zamanda, qarşı tərəfin işğalçı siyasəti nəticəsində nələrdən məhrum olduğu haqqında əyani təssəvürü yaranır.

Bu gün Azərbaycanla Ermənistanı müqayisə etmək mümkün deyil. Hər bir sahədə Azərbaycan çox irəlidədir. Bütün bunlar onların rəhbərliyinin həyata keçirdiyi yalan üzərində qurulmuş siyasətin nəticəsidir.

Ermənistan yürütdüyü işğalçı siyasət və qeyri-konstruktiv mövqeyə görə regional və beynəlxalq əhəmiyyətli bütün layihələrdən kənarda qalıb.

Ermənistan cəmiyyəti anlamalıdır ki, regional inteqrasiyadan kənarda qalmanın yeganə səbəbi Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrinin tutduğu təcavüzkar mövqedir.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığı müddətdə iki ölkə arasında heç bir iqtisadi və siyasi əməkdaşlıqdan söhbət gedə bilməz…”, – deyə millət vəkili əlavə edib./oxu.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir