Azərbaycanda pullu yolların inşası başlayır – Video

Ölkəmizdə istər yerli, istərsə də xarici özəl şirkətlər tərəfindən pullu yolların inşasına başlanılır.

Avtomobil Yolları Dövlət Agentliyi “Tik-İşlət-Təhvil ver” modelinə uyğun olaraq özəl şirkətlərə əməkdaşlıq üçün müraciət edib.

Agentliyin mətbuat katibi Anar Nəcəfli “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, əsas məqsəd sürücülərin keyfiyyətli, daha qısa alternativ yollardan istifadə etmələrinə şərait yaratmaqdır. Onun sözlərinə görə, hansı yolların bu model vasitəsilə tikilməsi artıq müəyyən edilib.

Anar Nəcəflinin sözlərinə görə, pullu yolların tikintisinə agentlik nəzarət edəcək. Ödənişin miqdarının yolu inşa edən şirkət tərəfindən müəyyən edilməsi nəzərdə tutulmayıb.

Müraciət yeni olduğundan bununla bağlı özəl şirkətlərdən heç bir təklif daxil olmayıb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir