AzMİU-nun nümayəndə heyəti Türkiyədə Heydər Əliyevin ildönümünə həsr edilən tədbirdə iştirak edib

Azərbaycan Memarlıq və İnşaat universitetinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərində yerləşən Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyində ümumilli liderin 96-cı ildönümünə həsr edilən tədbirdə iştirak edib.

“Tek millet, iki devlet” layihəsi çərçivəsində baş tutan tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil İşləri üzrə müşaviri Nəcibə Nəsirova, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin şəhərciyinin direktoru Aqşin Kərimov, Memarlıq və İnşaat universitetinin nəzdnində  fəaliyyət göstərən İnşaat kollecin direktoru Namiq Ağamalıyev, kollecin direktor müavini İsmayıl Qarayev müəllim tələbə heyəti iştirak ediblər.

Beynelxalq.İnfo xəbər verir ki, tədbirdə çıxış edən universitet şəhərciyinin direktoru Aqşin Kərimov rektor, professor Gülçöhrə Məmmədovanın tədbir iştirakçılarına təşəkkürünü çatdırıb. O bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin, mədəniyyətin, gənclərin və qadınların inkişafina göstərdiyi xüsusi diqqət və qayğı öz dolğun əksini tapib. İnşaat kollecinin direktoru Namiq Ağamalıyev isə son illərdə Memarlıq və İnşaat Univeristetində görülən işlərdən, tədris prosesində beynəlxalq təcrübəyə əsaslanaraq aparılan yeniliklərədən bəhs edib.

Nümayəndə heyətini səfər çərçivəsində İzmir Aliağa təhsil idarəsinin müdiri, dəniz ticarət müdiri qəbul edib. Səfər çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi, tələbə mübadiləsinin müzakirəsi ilə yanaşı, Memarlıq İnşaat Universitetinin təhsil şəraiti ilə bağlı türkiyəli təhsil işçilərinə məlumat verilib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir