Azərbaycanla “yarımmüharibə” vəziyyətindəyik – Paşinyan

Son iki ayda ön cəbhədə gərginlik var, amma stabillik saxlanılır.

Beynelxaloq.İnfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycan son 25 ildə intensiv şəkildə müharibəyə hazırlaşır. Əgər gündəlik atışlar varsa, demək, biz “yarımmüharibə” vəziyyətindəyik”, – deyə o bildirib.

O, Azərbaycan Prezidenti ilə birbaşa əlaqə kanalının olduğunu, bunun sayəsində tərəflərin informasiya və narahatlıqları ilə bağlı mübadilə apardıqlarını bildirib.

Paşinyan həmçinin hər iki tərəfin qarşılıqlı ittihamlar da səsləndirdiyini deyib./axar.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir