Bakı-Ankara qatarı açılır – QİYMƏTLƏR

Bakı-Ankara qatarı fəaliyyətə başlayacaq.

Bu barədə Türkiyə Dəmiryollarının saytında yazılıb.

Məlumata görə, qatarın əvvəllər Bakıdan Ankaraya 38 saata çatacağı deyilsə də, bu müddət 40 saatdan çoxdur. Amma bu müddətin azaldılmasına çalışılır.

Vaqonlardan asılı olaraq, qiymətlər 97- 200 manat (350-800 türk lirəsi) aralığında olacaq.

Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.

Yemək servisi Azərbaycan Dəmiryolları tərəfindən təşkil olunacaq.

Qatar avqustda fəaliyyətə başlayacaq.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir