Çıx gəl – ŞEİR

 

 

Çıx gəl artıq bəs elədi yoxluğun,
Ürəyinə and içirəm, düzəldim.
Çıx gəl artıq bəs elədi yoxluğun.
İcazə ver köhnə “biz”i düzəldim.

****

Çıx gəl artıq bəs elədi yoxluğun,
Soyuq oldu dodaqlarım titrədi.
Sənsiz günlərimi küləyə verib,
Demək istəyirəm:Apar,Fitrədi.

****

Çıx gəl artıq bəs elədi yoxluğun,
Canın haqqı boğazacan doymuşam.
Boşluğun o qədər kədər yedirdib.
Artıq yeməkdlərdən bezib, soyumuşam.

****

Çıx gəl artıq bəs elədi yoxluğun,
Nə vaxtsa gələrəm demə, gəl elə.
Sən də mənsizliyi yuyub kəfənlə,
Atıb məzarlığa son kəs əl elə.

****

Çıx gəl artıq bəs elədi yoxluğun,
Ürəyinə and içirəm, düzəldim.
Çıx gəl artıq bəs elədi yoxluğun.
İcazə ver köhnə “biz”i düzəldim.

Qızbəsti Sultan

11.05 2019)

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir