Metronun dörd stansiyasında işıqlar söndü

“Bakı Metropoliteni”nin dörd stansiyası bir müddət işıqsız qalıb.

Bununla bağlı “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarının daxili işıqlanmasında problem yaranıb

“Problem iki dəqiqə davam edib. Problem aradan qaldırılıb. Qatarların hərəkətində heç bir məhdudiyyət yaranmayıb, stansiyaların işıqlandırılması qısa müddətdə bərpa olunub”.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir