“Qarabağ” kuboku Ağdama aparır

“Qarabağ” Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə qazandığı çempionluq kubokunu Ağdama aparacaq.

Report-un məlumatına görə, bunu klubun vitse-prezidenti Tahir Gözəl Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşündə deyib.

“Neftçi” ilə oyunu izləmək üçün “Bakcell Arena”ya gələn Həsənov matçdan sonra Gözəllə görüşüb. O, çempionluq kubokunu doğma rayonda görmək istədiyini bildirib. Klub rəsmisi isə çempionatın baş mükafatını Ağdama aparacaqlarına söz verib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir