Rusiyada binada partlayış olub – Ölənlər var

Rusiyanın Rostov vilayətində yaşayış evində baş verən partlayış nəticəsində iki insan ölüb. Bu barədə TASS FHN-nin bölgə üzrə idarəsinə istinadla xəbər verir.

Agentliyin məlumatına əsasən, hadisə yerində kişi cəsədi tapılıb. Hadisənin ikinci qurbanı 2010-cu i təvəllüdlü qızdır. Daha bir xəsarət alan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

FHN-nin məlumatında bildirilir ki, mayın 12-də  Rostov vilayətinin Çistoozyornı qəsəbəsində ikimərtəbəli yaşayış evində məişət qazı partlayıb. Dağıntılar altında qalanlar ola bilər. Belə ki, evin damı doqquz nəfərin qeydiyyatda olduğu iki mənzilin üzərinə düşüb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir