Vətəndaşlar müxalifətin fəaliyyətini necə qiymətləndirir? – VİDEOSORĞU

Son aylarda ölkə müxalifətində ciddi canlanma müşahidə olunur. Bunun nəticəsində Qarabağ Komitəsi, Azərbaycan Xalq Hərəkatı yaradılıb. Milli Şura və REAL Partiyasının fəallığı artıb. Ümid və ADP partiyaları arasında yeni blokun yaranması istiqamətində danışıqlar gedir. Bundan başqa mart ayında əfvlə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun ətrafında gedən siyasi müzakirə də müxalif düşərgədəki proseslərə əlavə rəng qatıb.

Bəs görəsən, vətəndaşlar müxalif düşərgədə baş verənləri izləyirmi? Onlar müxalifətin fəaliyyətini necə qiymətləndirirlər?

Musavat.com bu suallar ətrafında ictimai rəyə aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir