Emin Milli üzr istədi, dəstək gəldi

BAXCP İdarə Heyəti Meydan TV-nin keçmiş rəhbəri Emin Millinin “həyatının müxtəlif anlarında nifrət ifadə etdiyinə görə” üzr istəməsini təqdir etdiyini bildirib və eyni üslubu sərgiləyən digərlərini Emin Millidən nümunə götürməyə çağırıb.

Beynelxalq.İnfo xəbər verir ki, BAXCP İdarə Heyətinin Axar.az-a daxil olan açıqlamasında qeyd olunur ki, cəmiyyəti inkişafa aparan yol nifrətdən, aqressiyadan deyil, sağlam tənqiddən və təhlildən, diskussiya və dialoq mədəniyyətindən, qarşılıqlı hörmətdən keçir:

“Hesab edirik ki, hazırda cəmiyyətin diqqəti ölkəmizdə həyata keçirilən islahatların dərinləşməsi prosesinin fəal müdafiə olunmasına və Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yönəldilməlidir”.

BAXCP İdarə Heyəti, həmçinin Emin Millinin “Nifrətə qalib gələk!” çağırışına dəstək verdiyini bəyan edib.

Qeyd edək ki, Emin Milli başda Prezident İlham Əliyev olmaqla, hər kəsdən “həyatının müxtəlif anlarında nifrət ifadə etdiyinə görə” üzr istəyib və “Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var” deyib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir