Milli Qəhrəmanımızın səhhətindən son xəbər

Ukraynanın paytaxtı Kiyevdə insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyevin səhhəti yaxşılaşıb.

Bu barədə məlumatı Axar.az-a Zabit Quliyevin yaxınları deyib. Onlar Zabit Quliyevin insult keçirməsi səbəbindən danışığında kiçik problemlər olduğunu, lakin müalicəylə bu problemin aradan qalxacağını bildiriblər.

Qeyd edək ki, Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirən Milli Qəhrəmanımızın müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir