Rusiyada iki deputatın diplomu saxta çıxdı

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində iki deputatın saxta diploma sahib olduğu aşkar edilib.

Pıt-Yax şəhər dumasının deputatları Marsel Timqanov və Dmitri Avdeyenko yerli müəssisələrdən birinə vəzifəyə təyin olunarkən saxta diplom təqdim ediblər.

Prokurorluğun apardığı araşdırmalar nəticəsində onlar tutduğu vəzifələrdən azad olunub.

Qeyd olunur ki, yanvar ayında Pıt-Yax şəhər dumasının daha bir deputatında saxta diplom aşkar olunmuşdu.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir