Bakıda bu tuneldə də iki gündür işıq yanmır

Bakının Ziya Bünyadov prospektində, “Koroğlu” metrosu istiqamətində yeraltı yol ötürücüsünün işıqları dünəndən etibarən yanmır.

Beynelxalq.İnfo xəbər verir ki, işıqların yanmaması gündüz vaxtı belə tunelə daxil olan maşınların sürücüləri üçün görmə imkanlarını kifayət qədər məhdudlaşdırır və narahatlıq yaradır. Tuneldə işıq kəsintisi artıq ikinci gündür davam etsə də, rəsmi açıqlama verilməyib.

Ümumiyyətlə, 11 may tarixində Bakının böyük hissəsində, həmçinin xəstəxanalarda işıqların bir neçə saatlıq kəsilməsi də müşahidə olunmuşdu ki, Azərişıq ASC bunu yalnız “avadanlıqlara texniki baxış keçirilirdi” kimi bir neçə sözdən ibarət açıqlama ilə izah etmişdi. Ancaq “avadanlıqlara texniki baxışın” niyə əvvəlcədən elan olunmadığına və bu baxışın eyni vaxtda niyə Bakının yarıdan çoxunu əhatə etməsi səbəbinə də aydınlıq gətirilməmişdi.

Qeyd edək ki, “avadanlıqlara texniki baxışdan” sonra bəzi keçidlərdə işıqlar yanmır./axar.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir