‘Erməni lobbisi Azərbaycanın nüfuzundan vahiməyə düşür’ – Əli Əhmədov

“Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı kampaniya aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər”

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı səyahət tövsiyəsinə münasibət bildirərkən deyib.

Baş nazirin müavini qeyd edib ki, belə bəhanələrdən biri idman yarışlarıdır: “Bu, birinci dəfə deyil. Azərbaycanda heç də siyasi kampaniya xarakteri daşımayan müxtəlif mötəbər tədbirlər keçirilir. Həmin vaxt ölkəmizə qarşı fəaliyyət göstərən qüvvələr hərəkətə keçir və Azərbaycanın imicinə kölgə salmağa çalışırlar. Bu, ölkəmizin dünyada artan nüfuzunun, onun yerinin və əhəmiyyətinin bilavasitə nəticəsidir”.Ə.Əhmədov qeyd edib ki, Azərbaycanı sevməyən, bizə qarşı kampaniya aparan qüvvələr ölkəmizin nüfuzunun artmasından narahatlıq hiss edirlər və çirkin əməllərindən qalmırlar.

“Təbii ki, burada erməni lobbisinin çirkli fəaliyyətini qeyd etmək lazımdır. Əlbəttə, onlar Azərbaycanın yüksələn nüfuzu qarşısında vahiməyə düşürlər. Azərbaycana qarşı çirkin kampaniyanı gücləndirirlər. Onlara dəstək verənlər də var. Bu, Azərbaycanın uğurlu inkişafına, müxtəlif tədbirlərin keçirilməsinə ev sahiblik etməsinə əngəl olmayacaq. Ölkəmizdə tədbirlər yüksək səviyyədə təşkil olunduğu kimi mayın sonunda keçirilməsi planlaşdırılan idman tədbiri də yüksək səviyyədə keçiriləcək. Azərbaycan sabit və təhlükəsiz ölkədir. Dünyanın hər bir yerində bunu bilirlər”.

Ə.Əhmədov əlavə edib ki, Bakıya gələn turistlər və qonaqlar idman yarışında iştirak etməklə yanaşı, paytaxtın gözəlliklərindən həzz ala biləcəklər. “Tədbirə çox sayda insanların gəlməsi ilə ölkəmizə qarşı kampaniya aparanlara böyük zərbə vurulacaq. Azərbaycan sabitliyi, əmin-amanlığı, inkişafı və təhlükəsizliyi ilə dünyada birmənalı şəkildə tanınır. Ölkəmizin keyfiyyətləri etiraf edilir və heç bir qarayaxma kampaniyası bu keyfiyyətləri azalda bilməyəcək”.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir