AÇ-də ikinci medalımız gümüş oldu

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

 Beynelxalq.İnfo xəbər verir ki, 60 kq çəki dərəcəsində Əsgər Əlizadə final qarşılaşmasına çıxıb.

Lakin idmançımız gürcü rəqibi Dieqo Çxilvadzeyə 3:8 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Zaur Əliyev (-55 kq) bürünc medal qazanmışdı. O, erməni güləşçisi Qevorq Sukiasyana 3:1 hesabı ilə qalib gələrək Azərbaycana ilk medalı qazandırmışdı./oxu.az

 

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir