Ronaldonun vurduğu 3 qolla Portuqaliya finala yüksəldi

Portuqaliyada UEFA Millətlər Liqasının final mərhələsinə start verilib.

Beynelxalq.İnfo xəbər verir ki, “Porto”nun “Draqao” stadionunda keçirilən ilk yarımfinal oyununda Portuqaliya və İsveçrə yığmaları qarşılaşıb. Görüş ev sahiblərinin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliya millisinin heyətində hər üç qolu Kristiano Ronaldo (25, 88, 90-cı dəqiqədə) vurub. Qonaqların heyətində isə Rodriqes matçın 57-ci dəqiqəsində penaltidən fərqlənib. Bu qələbə ilə Portuqaliya finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər görüşündə bu gün İngiltərə ilə Hollandiya milliləri üz-üzə gələcəklər.

Turnirin I və III yerin qalibi iyunun 9-da müəyyənləşəcək.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir