İrandakı Azərbaycanın tarixi qalasını təhlükə gözləyir

Təbrizin tarixi Ərk qalasının ətrafındakı ərazidə inşaat işləri aparılacaq və parkinq tikiləcək.

Beynelxalq.İnfo xəbər verir ki, bu barədə güneyli fəallar məlumat yayıblar.

Onlar bildiriblər ki, İran hökuməti tarixi qalanı sıradan çıxartmaq məqsədilə məkanın ətraf ərazisində parkinq tikmək qərarına gəlib:

“Artıq parkinqin tikinti işləri hökumətə yaxın şirkətlər arasında tendərə çıxarılıb”.

Qeyd edək ki, daha əvvəl də Ərk qalası ilə bağlı bənzər cəhdlər edilsə də, güneyli soydaşlarımızın etirazdan sonra işlər dayandırılmışdı.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir