İyunun 17-si qeyri-iş günüdür

15 iyun – Milli Qurtuluş günü şənbə gününə təsadüf etdiyi üçün bazar ertəsi qeyri-iş günüdür.

Beynelxalq.Info xəbər verir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən, bu il Milli Qurtuluş günü şənbə gününə təsadüf etdiyindən, iyunun 17-si qeyri-iş günü olacaq.

İyunun 26-sı isə Azərbaycan Silahlı Qüvvələri günü qeyd edildiyindən bu tarix də qeyri-iş günü hesab olunur.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir