ABŞ-dan Azərbaycanla bağlı təbrik BƏYANATI

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat və Silahlı Xidmətlər Komitələrinin nüfuzlu üzvlərindən biri olan Maykl Törner (Respublikaçı – Ohayo) Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatı ilə çıxış edib.

Beynelxalq.İnfo xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bəyanatda qeyd olunur ki, 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Respublikasının əsası qoyulub. Konqres üzvü təəssüflə bildirir ki, müstəqillikdən bir neçə il sonra, 1920-ci ildə Rusiya Qızıl Ordusu Azərbaycanı işğal etmiş və nəticədə Sovet İttifaqına birləşdirilib.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra, Azərbaycanın müstəqilliyinin yenidən əldə olunduğu və o zamandan ABŞ-ın əsas beynəlxalq tərəfdaşına çevrildiyi, ABŞ və Azərbaycanın transmilli təhdidlərlə və terrorçuluqla mübarizə sahəsində tərəfdaşlar kimi çalışmaqda davam etdiyi bəyanatda diqqətə çatdırılır. Azərbaycanın ABŞ-ın NATO müttəfiqlərinə yardım sahəsində vacib rol oynadığı və ABŞ-ın xaricdə, xüsusilə də Əfqanıstanda əməliyyatlarına dəstək verdiyi xüsusi vurğulanır.

Bəyanatda eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində əhəmiyyətli müttəfiq olduğu və bununla əlaqədar, Azərbaycandan Avropaya təbii qazın ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi kimi təşəbbüsləri ABŞ-ın dəstəkləməkdə davam etməsinin zəruriliyi qeyd olunur. Azərbaycanın ABŞ-ın bölgədə maraqlarının təmin olunmasında əsas tərəfdaş olduğu bildirilir.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir