Bakıda cinayətkarlar belə tutuldu – Foto

Bakının Binəqədi rayonunda qətl törədilib.

Report-un məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, “Akabe İnşaat” mağazasının yaxınlığında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq araşdırmalar aparırlar.

Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

***

Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMV X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.

Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa “Mersedes” markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.

Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir