BDU məzun gününü Bakı Kristal Zalda qeyd edəcək

Bu il Bakı Dövlət Universitetinin (BDU) yaradılmasından 100 il ötür. Universitet 2018-2019-cu tədris ilinin məzun gününü iyunun 29-da Bakı Kristal Zalda (Baku Crystal Hall) təşkil edəcək.

Beynelxalq.İnfo xəbər verir ki, bu barədə məlumatı BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova verib.

Bildirilib ki, cari tədris ilində ali məktəbi 5 mindən çox gənc bitirir.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir