Məsut Özil toyu münasibətilə 1000 uşağı əməliyyat etdirəcək

Bu gün evlənən “Arsenal”ın futbolçusu Məsut Özillə xanımı Əminə Gülşə toy münasibəti ilə çox təqdirəlayiq addım atıblar.

Cütlük toyları münasibətilə ehtiyac sahibi olan 1000 uşağın əməliyyat pulunu ödəyəcəyini açıqlayıb.

“Bir çox fanlarım mənə, yaxın dostlarım və ailəmə toyuma görə nə dilədiyimi soruşurlar. Bir futbolçu olaraq heç bir ehtiyacım yoxdur, bu xoşbəxtliyə sahibəm. Əminə ilə birlikdə yardıma möhtac olan 1000 uşağın əməliyyat xərclərini qarşılayacağam. Biz heç kimdən toy üçün hədiyyə gözləmirik. Köməyə ehtiyacı olan uşaqların əməliyyat pulunu qarşılayın”, – deyə o, Instagram hesabında yazıb.

Bu uşaqların bir hissəsi Türkiyədən, bir hissəsi isə Afrika ölkələrindən seçilib. Məsut  Özil ehtiyacı olan 1000 uşağın sağlamlığının  bərpa edilməsini özünə və onlara  verilən ən böyük hədiyyə olduğunu bildirib.

Bundan əlavə, Özil-Gülşə cütlüyü kasıblıqdan əziyyət çəkən 16 min insanın yeməklə təmin edilməsi üçün maddi dəstək olub.

Qeyd edək ki, Məsut Özil bu gün evlənib.Onun nikah şahidi Türkiyə prezidenti olub.

 

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir