Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatında idmançılarımız bir gündə iki qızıl medal qazanıb.

Beynelxalq.İnfo xəbər verir ki, həlledici qarşılaşmada Rusiya təmsilçisiylə üz-üzə gələn Turan Bayramov (-65 kq) sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.

Digər finalçımız Əbubəkr Abakarov da həlledici qarşılaşmada Rusiya güləşçisini üstələyərək (3:1) Avropanın ən güclüsü adını qazanıb.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir