Ermənistanda UNESCO siyahısına daxil olan monastır yandı

Ermənistanda UNESCO siyahısına daxil olan Axpat monastır kompleksində güclü yanğın olub.

RİA Novosti xəbər verir ki, ölkənin şimalında – Lori vilayətində yerləşən monastırdakı yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası və xilasedicilər cəlb olunub.

Yanğın zamanı zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.

Qeyd edək ki, Axpat monastır kompleksi 1996-cı ildə UNESCO siyahısına daxil olunub.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir