Şəkidə 6 yaşlı uşaq kimyəvi dərmandan zəhərlənib

Günorta saatlarında rayonun Cunut kənd sakini, 2013-cü il təvəllüdlü Nərmin Elsevər qızı Məmmədova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Beynelxalq.İnfo-nun məlumatına görə, tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı 6 yaşlı N.Məmmədovanın həşaratları məhv etmək üçün istifadə edilən kimyəvi dərmandan zəhərlənməsi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N.Məmmədovaya lazımı tibbi yardım göstərilib, vəziyyəsti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./APA

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir