Trampla Makronun birgə əkdiyi ağac qurudu – Foto

ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makronun ötən il Ağ Evin həyətində birgə əkdikləri ağac quruyub.

Beynelxalq.İnfo xəbər verir ki, bunu Fransanın “Monde” qəzeti yazıb.

“Fiqaro” qəzeti isə məlumatı təsdiqləyərək ağacın ABŞ tərəfindən tətbiq edilən karantin rejiminə tab gətirə bilmədiyi üçün quruduğunu bildirib.

Qeyd edək ki, Fransa Prezidenti E.Makronun ötən ilin aprelində iki ölkə arasındakı münasibətlərin 250-ci ildönümü münasibətilə ABŞ-a səfər edib. Makron səfəri zamanı Ağ Evin həyətində ABŞ Prezidenti ilə birgə “dostluq meşəsi” adlandırılan ağac əkib. Fransa lideri I Dünya müharibəsi zamanı 2 min ABŞ əsgərinin həlak olduğu Fransadakı meşəlik ərazidən gətirilən bu ağacın iki ölkə arasındakı uzunmüddətli əlaqələrin simvolu olduğunu söyləyib./axar.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir