Paşinyan azərbaycanlı jurnalistlərdən birinin sualına cavab olaraq ağzına gələni danışıb

Sankt-Peteburqdakı iqtisadi forumda Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edib. O, prezidentlərin iştirak etdiyi panelə qatıldıqdan sonra mətbuat konfransı keçirib.

Beynelxalq.İnfo Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyan azərbaycanlı jurnalistlərdən birinin sualına cavab olaraq ağzına gələni danışıb:

“Əvvəlcə deyib ki, yüzillərlə öz torpaqlarında yaşayan ermənilər bu torpaqları işğal edə bilməzdilər. Paşinyan sonra keçib futbolçi Mxitaryanın Bakıya gəlməməsinə, Bakıda Mxitaryan formasında gəzən azarkeşin polis tərəfindən “saxlanılmasına” və “Turan” agentliyinin əməkdaşının İrəvana rahat səfər etməsinə…

Paşinyanın bu dediklərinin hamısının arqumenləşdirilmiş cavabını vermək olardı. Çox axtardım, bizim agentlik və ya televiziya əməkdaşlarından Paşinyana verilən suala və cavaba rast gəlmədim. Halbuki Paşinyana sual verən jurnalistimiz, heç olmasa, Ermənistanın baş nazirinin cavabının ilk cümləsinə bu şəkildə yerindən replika verməliydi: “Nə vaxtdan Şuşa, Kəlbəcər, Ağdam və digər işğal altındakı ərazilər ermənilərin olub, məgər orada yüzillərlə ermənilər yaşayıb, bəs hanı orada yüzillərlə yşayan azərbaycanlılar?”

Digər tərəfdən, Sankt-Peterburqda Azərbaycanı iqtisadi inkişaf naziri Şahin Mustafayev təmsil edib. Şahin Mustafayev Paşinyanın yalanla dolu açıqlamalarına cavab olaraq qarşılıqlı mətbuat konfransı keçirib işğalın mahiyyətini jurnalistlərə anlatmalıydı. Bu olmayıbsa, deməli, Sankt-Peterbuqra toplanan jurnalistlər və siyasi ekspertlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalnız Paşinyanın mövqeyini dinləyiblər”.

Politoloq vurğulayıb ki, informasiya müharibəsinə hər zaman hazırlıq tələb olunur.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir