Sumqayıtda yol-nəqliyyat qəzası baş verib

Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sosial şəbəkədə yayılan görüntülərdə 555 saylı marşrut xətti ilə Qaradağ rayonu Müşfiq qəsəbəsindən Sumqayıt istiqamətində hərəkət edən 50-AE-457 dövlət nömrə nişanlı avtobusun 90-VB-910 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşduğu əks olunub.

Hadisənin avtobusun ötmə əməliyyatını pozması nəticəsində baş verdiyi qeyd edilib.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

 

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir