Elektriki müqavimətsiz çatdıran maddə

Fizika dünyasında son 1 ildir edilən araşdırmalara görə, qrafin adlı bir vasitə, gələcəyin texnologiyaları üçün böyük əhəmiyyət daşıyacaq. Elektriki müqavimət göstərmədən çatdıracaq bir maddəni axtaran elm insanları, qrafin sayəsində kvant fizikasının bilinməyənlərini də işıqlandıra bilər. Bəs nədir bu qrafin, bu barədə nələri bilmək lazımdır?

Beynelxalq.İnfo deyerler.org-a istinadən bildirir ki, təbiətdə olan hər maddə elektrikə qarşı fərqli müqavimətlər göstərir. Atomların və molekulların növünə və düzülüşünə görə dəyişən bu müqavimət miqdarı, elektrikin nə qədər sürətli ya da yavaş çatdırılacağını da təyin edir. Müqaviməti ən aşağı olan maddələri də elektron dövrələrdə istifadə edirik. Mis və qızıl isə, elektrikə qarşı ən az müqavimət göstərən, yəni ən asan çatdıran iki maddədir.

Elm insanlarının istəyi isə, elektriki müqavimətsiz bir halda çatdırmaqdır. Bu xəyal olduqca utopik görünsə də, aparılan son araşdırmalara görə mümkündür.

Bu gün elm dünyasının gündəmindən artıq asanlıqla düşməyəcək “qrafin” adlı maddəyə yaxından baxın.

Karandaşlarımızın içindəki qara maddə ya da uclu qələmlərimizə taxdığımız incə uzun uclar, qrafit adı verilən kimyəvi bir maddədən hazırlanır. Qrafit karbon atomlarının üç ölçülü olaraq düzülməsiylə meydana gəlir. Altıbucaqlı formada bağlanan atom layları üst-üstə düzülüncə qrafiti meydana gətirir.

Qrafin layları sayəsində elektrik enerjisinin transferi də asanlaşacaq. Müqavimət səbəbiylə itirilən elektrik gücü istifadəyə təqdim edilə biləcək.

https://www.facebook.com/beynelxalq.info.xeber/

loading...
Загрузка...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir