Rusiya şirkətindən Azərbaycana qarşı təxribat

Rusiya Federasiyasının Ural Hava Yolları şirkətinin rəsmi mətbuat orqanı olan UAM jurnalında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribata yol verib.

Beynelxalq.İnfo xəbər verir ki, jurnal öz səhifəsində “Günəşli Ermənistana vertolyot turları” adlı reklam yerləşdirilib. Reklamda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilməklə yanaşı, həm də işğal edilmiş ərazilərə helikopter turlarının təşkili də qeyd edilib.

Qeyd edək ki, Ural Hava Yolları şirkəti Azərbaycanla da yaxından əməkdaşlıq edir və Bakı, Gəncə və Lənkərana müntəzəm hava ucuşları həyata keçirir./report

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir