Ticarət mərkəzində yanğın: Yaralıların adı açıqlandı – Video

Paytaxtın Qara Qarayev prospektində yerləşən “X-Lady” ticarət mərkəzi və ona bitişik “İzabella” ayaqqabı mağazasında yanğın baş verib.

Beynelxalq.İnfo Axar.az-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, “İzabella” mağazası tamamilə yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

***

İyunun 23-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində “X-Lady” və “İzabel” mağazalarının yerləşdiyi ticarət obyektində baş verən yanğın söndürülüb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər gəliblər.

Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq.

***

Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən də 11; 12; 7A; 15; 22; 30; 32; 35; 36; 40; 44; 49; 50; 51; 57; 60; 62; 64; 81; 103; 105; 141; 214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.

***

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “X-Lady” mağazasında baş verən yanğın zamanı xəsarət alan şəxslərin adları açıqlanıb.

Oxu.az xəbər verir ki, bunlar satıcı işləyən Mikayılova Zəhra Rəşid qızı (48 yaş), habelə FHN əməkdaşları – 26 yaşlı Mirzəzadə Tural Camal oğlu və 30 yaşlı Tanriverdiyev Ülfət Əfqan oğludur.

 

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir